“Çin Karqo” şirkətində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

15:22 15-06-2022 198
Azərbaycan xalqı yetmiş ildən artıq Sovet rejimi şəraitində yaşasa da, itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalından heç vaxt dönməmişdir. Uzun illər boyu imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş, müttəfiq respublika şəklində də olsa öz dövlətçiliyini saxlamışdır. Şirkətin iclas zalında video konfrans formatında keçirlən tədbirdə “Çin Karqo”-nun rəhbəri Şamil Heydərov çıxış edərək, 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunduğunu xüsusilə vurğulamışdır. Şamil Heydərov birdirmişdir ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götrüməsi idi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma qurban verirəm» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır. Bu da təsadüfi deyildir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə qayıdışının hər ildönümü tarixində ölkəmizin bütün bölgələrindən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilir. Xalqın bu istəyi milli qurtuluşu üçün öz Prezidentinə minnətdarlığının ifadəsidir.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək qərara alır:
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri qeyd edilsin və 15 iyun günü Azərbaycan xalqının milli qurtuluş günü elan edilsin.
Çıxışının sonunda “Çin Karqo” -nun rəhbəri Şamil Heydərov, xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə şirkətin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edərək, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edir.
 
Şirkətdən Xalqxeber.Az-a verilən məlumata görə, “Çin Karqo” şirkətinin rəhbəri Heydərov Şamil Hilal oğlu və “Altis Group of Companies”in təsisçisi Heydərov Kamal Şamil oğlu 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı 
 “YAŞAT” Fonduna ianə köçürüblər. İş adamı Şamil Heydərov və Kamal Heydərov hər biri ayrılıqda 10 min manat olmaqla ümumilikdə 20 min manat “YAŞAT” Fonduna ianə ediblər. Xüsusilə qeyd edək ki, iş adamları Şamil Heydərov və Kamal Heydərov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 (yüz min) manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 (yüz min) manat məbləğində ianə köçürmüşdülər. 
Həmçinin ötən illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna hər biri ayrılıqda 25.000 (iyirimi beş min) manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat ianə etmişdilər. Daha əvvəllər də "Çin Karqo" şirkətinin rəhbəri Şamil Heydərov və "ALTİS Group of companies" MMC-nin rəhbəri Kamal Heydərov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədi ilə hərəsi 50 min manat olmaqla ümumilikdə 100 min manat ianə köçürmüşdülər. 

iç səhifə xəbər başlığı altı (mobil)_31

 

XalqXeber.Az