Elmar Qasımov nədən QEYBƏ ÇƏKİLİB... - NARAZILIQ VAR!

15:27 15-06-2022 216

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova “Təzadlar”a şikayət etmiş vətəndaşın mərkəzdə niyə kor edildiyini soruşan kimi durub otaqdan qaçdı...

 


...Bəli, gözün işığa həsrət qalması olduqca ağrılıdır. Ona görə də həmişə alqış edəndə deyirlər ki, Allah heç vaxt səni gün işığına həsrət qoymasın!

Amma, çox üzr istəyirəm, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bəzi həkimləri Allahın bu hökmünü mənimsəyərək, insanları gün işığına həsrət qoyurlar. El dili ilə desək, xəstələri kor edirlər. Mən bununla Oftalmologiya Mərkəzinin adına və nüfuzuna kölgə salmaq istəmirəm. Bu Mərkəzin adına ləkəni elə orada işləyən, peşəsini layiqincə bilməyən bəzi həkimlər gətirirlər...

***

...Konkret mətləbə keçək. “Təzadlar” qəzetinin 16 fevral 2022-ci il sayında “Oftalmologiya Mərkəzində xəstənin gözü necə kor edilib???” başlıqlı yazı dərc etmişdik. Yazıda redaksiyamıza müraciət edən Bakı şəhər sakini Mahir Şahbalayevin həyat yoldaşı Rəna Şahbalayevanın Oftalmologiya Mərkəzində başına gətirilən, daha doğrusu, gözünə edilən müsibətlər barədə söhbət açılırdı. Qeyd edilmişdi ki, Rəna Şahbalayeva 10.03.2021-ci il tarixdə Mərkəzə müraciət edib və guya ambulator müayinədən keçmişdir. Amma heç bir xeyri olmamışdır. Sonradan 14.06.2021-ci il tarixdə R.Şahbalayeva yenidən Mərkəzə müraciət etmiş və stasionar müalicəyə qəbul edilmişdir. 16.06.2021-ci il tarixdə Mərkəzin həkimi professor Nizami Bağırov onu əməliyyat etmişdir. Əməliyyatdan sonra xəstənin gözü daha da bağlanmış, əməliyyat zamanı infeksiya düşdüyündən göz şişmişdir. Buna görə 07.07.2021-ci il, 13.07.2021 və 06.12.2021-ci il tarixlərdə R.Şahbalayeva əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün Mərkəzdə yenidən stasionar şəraitdə müalicələr almışdır. Lakin bütün bu müalicələrin xəstəyə heç bir köməyi olmamışdır və təklif ediblər ki, xəstənin gözü çıxarılmalıdır. Təsəvvür edirsinizmi!

Xəstəni gün işığına həsrət qoyan həkimlərin naşılığı...

...Birinci əməliyyatdan sonra infeksiyaya görə şişdiyindən iki gün gözə dərman tökmək mümkün olmayıb. Üçüncü gündən isə yazılan dərmanların hamısı vaxtı-vaxtında istifadə olunub. İndi nəinki xəstəni əməliyyat edən professor Nizami Bağırov, bütün xəstəxananın rəhbər heyəti iynəsi sınmış val kimi eyni şeyi təkrar edirlər ki, günah xəstədədir. Çünki yazılan dərmanları qəbul etməyib

Həyat yoldaşı Mahir Şahbalayev nə qədər özünü öldürsə də ki, ay həkimlər, ay professorlar, ay akademiklər, mən elə söz deməmişəm ki, gözünə dərman tökə bilməmişik. Mən sadəcə birinci iki gün üçün bunu demişəm. Nəyə görə mənim bu sözümü əllərində bayraq edib, hər yetənə məlumat verirlər ki, xəstə gözünə dərman tökməyib, ona görə də fəsadlar baş verib.

Bütün bunlar barədə qəzetimizdə yazını dərc etdik və Səhiyyə Nazirinə də göndərdik. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edən A.İsrafilovun imzası ilə 02.03.2022-ci il tarixli 1-3-2-2022-3777 saylı məktub, həm Milli Oftalmologiya Mərkəzinin direktoru E.Qasımova, həm də “Təzadlar” qəzetinin baş redaktoru A.Mərziliyə göndərilib. Məktubda oxuyuruq:

““Təzadlar” qəzetindən daxil olmuş müraciət aidiyyəti üzrə baxılması, qaldırılan məsələlərin araşdırılması, nəticəsi barədə Səhiyyə Nazirliyinə və müraciət müəllifinə məlumat verilməsi üçün Sizə göndərilir”.

Çox maraqlıdır ki, açıq-aydın yazılan bu məktubu Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova heç cürə qyimətləndirə bilmir. Nəyə görə belə deyirik? Təsəvvür edin, nazirliyin martın 2-də Oftalmologiya Mərkəzinə göndərdiyi məktub barədə bizim xəbərimiz olmayıb. Çünki nazirlikdən gələn məktubun mahiyyətini baş həkim Səbinə xanım Məcidova anlaya bilməyib və kimsə də ona başa salmaq istəməyib. Məktubda da, gördüyünüz kimi, yazılıb ki, nəticəsi barədə redaksiyaya da məlumat verilsin.

Mayın ortalarına qədər Mərkəz heç bir tədbir görməyib və bizə də heç bir məktub göndərməyib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən göndərdiyimiz məktubun taleyi barədə maraqlanarkən, məlum olub ki, nazirlik bu barədə Oftalmologiya Mərkəzinə məktub göndərib. Mərkəz isə nazirliyin göstərişinə əməl etməyərək, redaksiyaya görülən tədbir barədə heç bir məktub göndərməyib və baş həkim Səbinə Məcidova bunu özünə heç sığışdırmayıb da.

***

...Oftalmologiya Mərkəzi ilə əlaqə saxladıqda xəstəni yenidən xəstəxanaya gətirməyi xahiş etdilər. Mahir Şahbalayev bundan sonra xanımı Rəna Şahbalayevanı baş həkim Səbinə Məcidovanın dəvəti ilə çağırılmış konsilsiuma dəvət edib. Yığışmış akademik və professorlar birmənalı olaraq xəstəni əməliyyat edən professor Nizami Bağırovu müdafiə edərək, hər bir müalicə və əməliyyatın düzgün aparıldığını qeyd ediblər. Bildiriblər ki, bu xəstənin gözünə heç bir müalicə yoxdur. Halbuki M.Şahbalayev Bakıdakı özəl klinikaların birində xanımının müalicəsi ilə məşğul olub.

Oftalmologiya Mərkəzində aça bilmədikləri gözü bu klinikada təyin edilmiş dərmanlarla iki həftənin ərzində açıblar. Məlum olub ki, buynuz qişasının dəyişməsi ilə xəstənin bütün problemləri aradan qalxır və gözün görmə qabiliyyəti tam bərpa olunur. Konsilsiumda isə, həmin bu “bərk gedən” akademik və professorlar gözün müalicəsinin mümkün olmadığını bildiriblər. Görəsən bu akademik və professorların xəstəni gün işığına həsrət qoymaqda məqsədləri nədir?

(Davamı var) //tezadlar.az//

 

XalqXeber.Az