Nurlana Əliyevadan sonra BSU-da nələr baş verir..? - İLGİNC İDDİALAR...

13:51 16-06-2022 180

Haqqında bəhs edəcəyimiz Bakı Slavyan Universitetinin fəaliyyətinə nəzər salmazdan öncə keçmişinə nəzər salaq.

 

Məlumat üçün qeyd edək ki, bu ali məktəb sovet dövründə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyət göstərib. Və bu institutun ölkədə hörməti və samballı rektorları olub.
Müstəqillik dönəmində bu institutun adını dəyişib Bakı Slavyan Universiteti qoydular. Qısa vaxtda BSU-ya müxtəlif təsadüfi şəxslər rəhbərlik etməyə başladı.
Belə şəxslərdən biri də BSU-nun sonuncu sabiq rektoru Nurlana Əliyeva oldu.
Bu qadının erməni əsilli olması və digər məsələlərlə bağlı mediada kifayət qədər yazılıb.
Əslən Gəncəli olan Nurlana xanımın etnik mənşəyi bizim üçün maraqlı deyil.
Bizim üçün maraqlı olan “media işçilərini nənəsinin cəddinə tapşıran” belə bir təsadüfi adamın necə gəlib rektor olmasıdır.
Qısaca onu qeyd edək ki, Nurlana Əliyeva onu tənqid edənlərə deyr ki, nənəmin cəddi sizə qənim olsun.
Biz bu mövzuya müxtəlif yazılarda toxunmuşuq.
Nurlana Əliyeva uzun müddət Pedoqoji Texnikumun direktoru olub. Və həmin dövrdə bu texnikum ölkədə ən rüşvətxor məktəblərdən biri kimi tanınıb.
Ötən yazıların birində qeyd etdiyimiz kimi Nurlana Əliyeva, Fatma Abdullazadə və Məleykə Abbaszadə cavan vaxtlarından “podruqa” olublar və Ramiz Mehdiyevin yaxınları kimi tanınıblar.
Ramiz Mehdiyev Prezident Aparatının rəhbəri olan kimi Fatma Abdullazadəni öz yanına Humanitar şöbəyə müdir gətirdi. Məleykə Abbaszadəni isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədr təyin etdi.
Nurlana Əliyeva isə Ramiz Mehdiyevin və Fatma Abdullazadənin “sonuncu təyinatı” idi.
Siz elə bilirsiniz BSU-da 20 Yanvar qırğınının səbəbkarlarından biri olan Primakova yubiley keçirmək təsadüfi idi..?
Nə isə söhbət təkcə Primakovdan getmir.
Ümumiyyətlə, Nurlana Əliyeva Pedoqoji Texnikumun direktoru olanda ən konfidensial, gizli görüşlər, vəzifəyə təyinatlar, alver və s Nurlananın ehtiyat kabinetində gecələr olurdu. Bu da bir tarixdir.
Bəli, Nurlana Əliyeva BSU-nun rektoru olan kimi Pedoqoji Texnikumda çalışan köhnə rüşvətxor “bajıları”nı gətirib doldurdu BSU-ya. Və universiteti çevirdi rüşvət yuvasına.
Təsadüfi deyil ki, bir müddət əvvəl BSU-nun qiyabi şöbəsinin xanım müdiri 140 min manat təhsil haqqına görə həbs edildi.
Xanım şöbə müdiri məhkəmədə açıq şəkildə dedi ki, pulu rektor Nurlana xanıma vermişəm.
Bəs niyə Nurlana Əliyevanı çağırıb bir söz soruşan olmadı..?
Bəlkə Nurlana Əliyevadan soruşaq ki, semestr imtahanlarında tələbələrdən nə qədər pul yığırdın..?
Bəlkə soruşaq ki, BSU-nun nəzdində fəaliyyət göstərən Litseyi rüşvət yuvasına döndərmisiniz..?
Həmin litseyin müasir binasının açılışında cənab Prezident İlham Əliyev cənabları iştirak etmişdir.
Həmin litseyin xanım direktoru kimin həyat yoldaşıdır, Nurlana Əliyeva..?
Sənin Azərbaycan təhsilinə virduğun zərbəni kimsə vurmayıb.
Yaxşı, burada Nurlana məsələsinə son qoyaq.
Bəs Prezidentin təyin etdiyi yeni rektor cənab Anar Nağıyev nə işlə məşğuldur..?
O da sələfi Nurlananın əməllərini davam etdirir..?
Ümumiyyətlə, BSU-nun yeni rektoru Anar Rüstəm oğlu Nağıyev kimdir, nəçidir..?
Qeyd edək ki, Anar Nağıyev bu təyinata qədər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.
BSU-nun saytında rəhbərliklə bağlı aşağıdakı məlumatı əldə edə bildik.
Rektor: s.e.ü.f.d. Anar Nağıyev
Rektorun müşaviri: boşdur
Rektorun köməkçisi: Rüfət Həşimov
Rektorun köməkçisi: Nuranə Yusifova
Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi
Tələbə və məzunlarla iş şöbəsi
Magistratura şöbəsi
Monitorinq, qiymətləndirmə və təlim texnologiyaları şöbəsi
Təcrübə və məzunların karyera inkişafı şöbəsi
Əlavə və qiyabi təhsil şöbəsi
Elmi işlər üzrə prorektor: prof. Rafiq Novruzov
Elmi tədqiqatlar və innovasiyalar şöbəsi
Doktorantura və dissertantura şöbəsi
Azərbaycanda rus dili və ədəbiyyati jurnalı
Beynəlxalq münasibətlər üzrə prorektor: boşdur
Ümumi işlər üzrə prorektor: boşdur
İnzibati-təsərrüfat işləri üzrə prorektor: Nurəddin Quliyev
Tərbiyə işləri üzrə prorektor: f.f.d. Xanım Sultanova
Siyahı uzun olduğu üçün davam etdirməyə ehtiyac görmədik.
Ancaq təzə rektora bir sualımız var:
Cənab rektor Hesablama Palatası BSU-da 100 min mantdan artıq mənimsəmə hesablamışdı. Bu nə üçün ödənilmədi..?
Sizin təcrübəniz az olduğu üçün prorektorların əməllərindən xəbəriniz yoxmu..?
BSU-nun tabeçiliyində olan Litseydə nələr baş verir..?
Cənab rektor, cəmiyyətimiz üçün, gələcəyimiz üçün sizdən xahiş edirik ki, Nurlana Əliyevanın kadrları ilə bağlı kiçik bir təftiş edəsiniz.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az