Vidadi İsayevin döşü MEDALDAN ÖTRÜ QƏRİBSİYİB... - Bu, Bərdənin başçısına BAHA OTURACAQ...

20:51 17-06-2022 225

Bərdə rayon İcra Hakimiyyətində 15 İyun Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirdə mərhum prezident Heydər Əliyevə hörmətsizlik olunub. Reportyor.info-ya verilən xəbərdə deyilir ki, tədbirdə eninə-uzununa rayon icra başçısı Vidadi İsayevin olmayan fəaliyyətindən, görmədiyi işlərdən bəhs edilib, şəninə təriflər yağdırılıb. Tədbir iştirakçıları Qurtuluş Günü tarixini daha çox Vidadi İsayevə həsr etmiş olublar.

 


Tarixi bilməyənlər olsa, elə anlaşılar ki, Qurtuluş Günü Vidadi İsayevin adına bağlıdır. Çünki məlumata görə, tədbirdə daha çox H. Əliyevin siyasi fəaliyyətinə deyil, icra başçısının Bərdədəki fəaliyyətinə diqqət göstərilib. Bu tapşırığın İsayevdən gəlib-gəlmədiyini müəyyən etmək çətindir, amma faktiki 15 İyunda başçıya məddahlıq edənlər olub və H. Əliyev haqda cəmi bir neçə cümlə ilə fikirlər bildirilib. Bu da şübhəsiz ki, ölkə prezidentinə, onun atasına hörmətsizlik hesab olunub.

Hakimiyyət dairələri bu faktı gözardı etmədən Bərdə icra hakimiyyətinə irad bildirməli, başçı töhmət almalı, həmin tarixə göstərilən münasibətlə bağlı addım atmalıdır. Çünki Vidadi İsayev az qala özünü ümummilli lider kimi təqdim etmək istəyib. Məlumatlara görə, tədbirdə iştirak edənlərin bir qismi bu bəy təriflərindən şoka düşüblər. V. İsayev isə onu mədh edənlərə irad bildirməyib ki, icra başçısı haqda danışmağa ehtiyac yoxdur,

Heydər Əliyevin fəaliyyəti, hakimiyyətə qayıdışı barədə söz açmaq lazımdır. Artıq Bərdə rayonu bu hadisəni müzakirə edir. Tədbirə qatılan digər vəzifəli şəxslər də bu vəziyyətdən narazı qalıblar. Onlar İsayevin hərəkətini bəyənməyiblər və mərhum prezidentə sayğısızlıq adlandırıblar.

Reportyor.info

 

XalqXeber.Az