Ziraatbankda Avni Dəmirçi MÜƏMMASI- Avni Dəmirçi və müavininə kim “KRIŞALIQ” edir ?

23:37 18-06-2022 180

Gündəlik-Bakının Avni Dəmirçi, yaxud “Şapka Mamed”lə problemi yoxdur…

 


Söhbət Azərbaycan dövlətinin gələcəyindən gedir…

Əsas mövzuya keçməzdən öncə 31 il Azərbaycanın bank sisteminə rəhbərlik etmiş Elman Rüstəmovun kimliyinə nəzər salaq.
Təsəvvür edirsiniz, müstəqil Azərbaycan dövlətinin bank sistemi bu şəxsin adı ilə bağlıdır.
Elman Rüstəmovun avtobioqrafiyası üzərində uzun-uzadı dayanmadan qeyd edim ki, bu adamı o zamankı prezident Əbülfəz Elçibəy 1992-ci ildə Azərbaycan Bank Sisteminə rəhbər vəzifəyə təyin edib. Və 31 il bu adam bank sistemində yorulmadan çalışıb.
Bəli, bu gün Azərbaycanda olan bank faizləri yüksək olsa da infilyasiyanın qarşısı alınır.
Yəni bu gün Azərbaycan insanı özəl bank sistemlərindən əziyyət çəkir. İnsanlar yüksək faizlə kredit ödəməkdən məhv olurlar. Qazananlar kim olur..? Əlbəttə, məmurlar.
Hansı bankı soruşursan, deyirlər Ramiz Mehdiyevin bankıdır, Ziya Məmmədovun bankıdır, ya da Avni Dəmirçinin bankıdır...
Yəni ölkəmizin bank sistemində elə problemlər yaradılıb ki, bu gec-tez öz nəticəsini göstərəcək...
Söhbət sadəcə, hansısa Türkiyə vətəndaşı olan Avni Dəmirçidən getmir ee...
Bu adamın dalında Amerika Birləşmiş Ştatlarının agenti olan Fətullah Gülən dayanır. Aydın oldumu..?
Mən əbəs yerə yazmıram ki, Avni Dəmirçilər bu gün dövlətimiz üçün problemlər yaradır.
Gündəlik-Bakı olaraq neçə aydır ki, bu tipli insanların zərərsizləşdirilməsi üçün hər cürə riskə gedirik, araşdırma yazıları dərc edirik.
Əlbəttə, qarşı tərəf də bizə hədə-qorxu gəlir, təhdid edir və s...
Biz bütün bunların hamısını gözümüz önünə alaraq dövlətimiz və millətimizin marağı üçün geri çəkilmirik.
Bir daha qeyd etmək istəyirik ki, uzun illərin mediası olan Gündəlik-Bakı qarşı tərəfin gücünü, imkanlarını dəqiq bilir. Amma biz geri çəkilmək istəmirik. Çünki söhbət millətin və dövlətin gələcəyindən gedir.
Sabah Avni Dəmirçilər bu ölkədə milyonların hesabına nələr törədə bilməz.
Bəlkə Sorosun hesabına ölkələrdə baş verən rəngli inqilabları unutdunuz...?
Hamısı pulun və maliyyənin hesabına olurdu...
Bax, bütün bunları nəzərə alaraq biz Gündəlik-Bakı olaraq Avni Dəmirçi kimi çirkli pulların yuyulmasında, valyutaların xarici ofşor zonalara köçürülnəsində, ölkədə infilyasiya yaratmaqda iştirak edənlərin qabağından geri çəkilməyəcəyik.
Biz dəfələrlə yazmışıq ki, dünyanı banklar vasitəsilə idarə edirlər.
Bəli, Avni Dımirçinin patronu olduğu Ziraat Bank neçə illərdir ki, “Şapka Mamed”in, yəni Məmməd Musayevin əli ilə dövlətin aqrar sahəyə ayırdığı yüz milyonları “obnaliçka” adı ilə mənimsəyirlər.
Bəli, Azərbaycan dövləti, onun rəhbəri cənab İlham Əliyev aqrar sahəyə, kənd fermerlərinə 100 milyonlarla subsiduya ayırmışdı ki....amma...
Bu gün Baklıda lobyanın kilosu 5 manat, kartofun kilosu 2 manat, soğanın kilosu 2 manat, adi tutun kilosu 6 manatdır. Deməli, dövlətin ayırdığı 100 milyonlarla subsidyla aqrar sahəyə deyil, “şapka Mamed”lərin, Avni Dəmirçilərin cibinə gedib.
Bir daha təkar etmək istəyirik ki, bu 100 milyonlar haradasa cəmləşir...bu Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükədir. Anladınızmı..?
Yəni Gündəlik-Bakının Avni Dəmirçi, yaxud “Şapka Mamed”lə problemi yoxdur.
Bir daha deyirəm ki, qoy dövlət qurumları 5-10 nəfər fermeri çağırıb soruşsun ki, dövlətin verdiyi subsidiyaların neçə faizi onlara çatıb..?
Neçə faizini Avni Dəmirçinin Ziraat Bankı mənimsəyib..?
Avni Dəmirçinin mənimsədiyi milyonlar isə ABŞ-da oturan Fətullah Gülənin hesabına köçüb. Bu qədər sadə.
Avni Dəmirçinin sirr pərdəsi deşilən kimi, guya rotasiya edərək bankı Rövşən İbrahimova ötürdü.
Bəs Rövşən İbrahimov kimdir ?
Məlumatlı mənbə bildirir ki, ötən 6 ildə onun əsas fəaliyyəti müavini Rövşən İbrahimovun əli ilə saxta kreditlər verməkdən, xərcləri şişirdərək silməkdən ibarət olub. “Rövşən bankda departament direktoru olan dövrdə bütün kreditlər onun vasitəsi ilə təsdiqlənib. Bir çox hallarda müştərilərin müraciətləri başdan sovdu təhlil edilib və “şapka” müqabilində kreditlər rəsmiləşdirilib. Nəticədə bankın kredit portfelində problemli kreditlərin həcmi günü-gündən böyüyüb. Avni Dəmirçi Rövşənin bu “nailiyyətləri”ni nəzərə alaraq, onun vəzifəsini departament direktorundan İdarə Heyəti sədrinin müavinliyinə yüksəldib”.
Rövşən İbrahimovun əməlləri ilə bağlı növbəti yazıda daha geniş və detallı bəhs edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik baki.com

 

XalqXeber.Az