Ərdoğan NATO sammitində xüsusi sənəd təqdim edəcək

23:43 19-06-2022 324

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın PKK terrorçularına dəstəyi ilə bağlı xüsusi sənədlər təqdim edəcək.

 


Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“İsveç və Finlandiyanın PKK-ya maliyyə və siyasi dəstəyinin sübutları göstəriləcək, bu düşmənçilik mövqeyi davam etdikcə müttəfiqlik əlaqələrinin qurulmasının mümkün olmadığı bildiriləcək”, - nəşr bildirib.

Bildirilib ki, Suriya və İraqın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində İsveç istehsalı olan 84 kalibrli AT-4 tank əleyhinə mərmilər ələ keçirilib. Onların seriya nömrələri qeydiyyata alınıb, şəkilləri çəkilib.