"Elə bil epidemiyadır, hamısı ombasını böyüdür" - Müğənnilərə lağ etdi

18:14 24-06-2022 270

Əməkdar artist Ruhəngiz Musəvi plastik əməliyyat etdirən sənət adamlarını tənqid edib. 

 


Xalqxeber.az axşam.az-a istinadla xəbər verir ki, müğənni "7 canlı" proqramında ifaçıların görüntüsünü qeyri-estetik adlandırıb. O bildirib ki, bir çoxları ombasını böyüdərək özlərini gülünc vəziyyətə salıb:

"Mənim plastik əməliyyata ehtiyacım yoxdur. İndi baxırsan cavanlar edir. Heç olmasa onlar etməsin. Mən heç vaxt etməmişəm, heç etmərəm də. Sənət adamlarının adı çıxıb. Başqaları onlardan çox edirlər. Onlarda ürək var. Qüsuru varsa, etsin. Baxıram yaşlı qadındır, ev xanımına oxşayır, o gedib kim üçün bunları edir? Bəlkə yoldaşı üçün edir. Etsəm mimikam edər...

Bəzi sənət adamları məndən inciməsin, amma dərəcəsində etsin. Baxırsan gözəl xanımdır, müğənnidir, ancaq yanağını necə doldurubsa, gözü itib. Hamısı tülkügöz olublar. Xəstəlidir deyəsən, bir-birinə baxırlar gedib edirlər. Bəziləri də bədənlərinin harasını (ombanı göstərir) edir. Boyları balaca ombanı böyüdüblər. Əvvəl "Kirpi" jurnalındakı karikatiuraya oxşayırlar. Çox gülünc görünürlər. Eybəcər, pis görünürsünüz. Boy balaca, omba bu endə. Əsəbiləşirəm onlara baxanda. Dəhşətə gəlirəm bunlara. Epidemiyadır, guya bununla reytinq qazanırlar?".