"Azneft" rəhbərliyinin KORONA QAZANCI... - BU NƏDİ BELƏ?

12:38 11-07-2022 315

 

Allaha və tibbimizə, TƏBİB-ə min şükür ki, korona ilə mübarizədə qalib ölkələrdənik. Azərbaycan həm də 44 günlük müharibədə korona virusundan betər Ermənistana-paşinyanlara, koçaryanlara, sarkisyanlara… qalib oldu. Amma…

 


Bəli, korona çoxdan üzü Ermənistana tərəfdir. Amma onu biz tərəfə istiqamətləndirənlər var… Belə ki, Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari xanım Qəhrəmanlı maraqlı açıqlama yayıb.


Xalqxeber.az xəbər verir ki, «Təzadlar»a danışan M.Qəhrəmanlı bunları dedi:

- Bilirsiniz ki, koronavirusla mübarizədə Nazirlər Kabinetinin Təlimatları var. Demək olar bütün qadağalar aradan qaldırılıb… Amma SOCAR-da ayda iki dəfə dəniz neftçilərinin -burnundan yaxma götürüb kiminsə klinikalarına pul köçürdənlər vardır. Birliyimizə daxil olan şikayətlər bunu deməyə əsas verir. Belə çıxır ki, bu Nazirlər Kabinetinin tapşırığıdır? Mən fürsətdən istifadə edərək SOCAR-ın prezident əvəzi cənab Rövşən Nəcəfdən xahiş edirəm, işçilərin ağız- burnundan yaxma götürtməkdə maraqlı olanlarla maraqlanıb tədbir görsün. Bu qanunsuz və əsassız hərəkətlərin altını sadə işçilər və büdcəmiz çəkir…

 

XalqXeber.Az

0.24368596076965