Tanınmış jurnalist Zaur Mirzə-zadəni AZAD ET! İctimaiyyətdən çağırış.

16:10 13-07-2022 495

Zaur Mirze-zadeni Azad et bu kampanyayı başlattı

 

 

Tanınmış jurnalist Zaur Mirzə-zadə, təhrif olunmuş, saxta sübutlarla, Daxili İşlər Nazirliyinin müstəntiqi Abdulla Məhiyəddinov tərəfindən 2021-ci ilin mart ayında 6 il davam edən cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə jurnalistin təqsirsiz olması sübuta yetirilmiş və nəticədə ona BƏRAƏT hökmü çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov 17 may 2021-ci il tarixində təhrif olunmuş, saxta, heç bir hüquqi sübutu olmadan jurnalist Zaur Mirzə-zadənin BƏRAƏT hökmünü ləğv edərək onu beş il müddətinə azadlıqdan məhrum etmişdir. 
Zaur Mirzə-zadə 1999-cu ildən jurnalist kimi fəaliyyət göstərir, ölkənin ictimai, siyasi və mədəni tərəqqisini özündə əks etdirən bir sıra layihələrin müəllifidir.
Biz, aşağıda imza edənlər, növbəti instansiya məhkəməsinin (Ali Məhkəmə) kənar müdaxilə olmadan, açıq şəkildə keçirilməsini, bu saxta cinayət işində əli olan və hüququn aliliyinə kölgə salan şəxslərin cəzalandırılmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı BƏRAƏT hökmünün qüvvədə saxlanılaraq Zaur Mirzə-zadənin azadlığa buraxılmasını və jurnalist kimi fəaliyyətini davam etməsini tələb edirik.

 

XalqXeber.Az

0.21131777763367