“Ailəlikcə qurban kəsmirik” deyən deputatın kabab çəkdiyi yerdə fotolarını yaydılar

16:15 13-07-2022 459

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili seçilən Jalə Əliyevanın Qurban bayramı ilə bağlı açıqlaması insanlar tərəfindən birmənalı qarşılanmayıb. 

 


Deputat Jalə Əliyeva mətbuata verdiyi açıqlamada ailəlikcə qurban kəsmədiklərini deyib.

Deputat deyib ki, ilboyu hansısa savab iş görürsənsə və qurbana verilən vəsaiti ehtiyacı olan biri ilə paylaya bilirsənsə, o da özlüyündə qurbandır: “Yəni hansısa canlını kəsib paylamaq yerinə ehtiyacı olan kimsənin faydalı işinə yardım etmək mənim nəzərimcə, daha uyğundur. Hər zaman belə edirəm. Ümumiyyətlə, biz ailəlikcə qurban kəsmirik. Amma onun əvəzinə ianələrimizi veririk”.

Jalə Əliyevanın bu açıqlamasından sonra sosial şəbəkə istifadəçiləri onun 12 il əvvəl mətbuatda yayılan fotosunu paylaşıblar. Deputat kabab çəkərkən çəkilən fotosunun altında bu cümlələri qeyd edib: 

“Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkdim”.

Sosial şəbəkə istifadəçilərindən biri yazıb ki, deputat Jalə Əliyeva heyvan kəsilməyinin əleyhinə olduğunu deyib: “Çox gözəl. Amma ikinci şəkil göstərir ki, Jalə xanım kabab yeməyi də, hətta öz əliylə çəkməyi də xoşlayır. Hər iki variant ayrı-ayrılıqda pis şey deyil, amma bir-birinə ziddir. Heyvana yazığı gələn, kəsilməyini istəməyən adam gərək əti də xoşlamasın. Məntiqlə…”

AZƏRBAYCANREALLIĞI.COM  

 

XalqXeber.Az

0.22769212722778