Dövlət agentliyinin dövlətdən gizlənən TENDER ORTAĞI... - BU DA FAKT!!!

17:19 13-07-2022 441

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

 


Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, 4 milyon 144 min 710 manat 67 qəpik dəyərində olan tender müsabiqəsinin qalibi “ORN Group” MMC (VÖEN – 1401110961) olub.

Müsabiqənin şərtlərinə görə, qalib şirkət “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi- 4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 m2 olan inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək.

Məlumat üçün bildərək ki, 4 milyon manatlıq tenderin qalibi olan “ORN Group” MMC-nin hazırda (13.07.2022) dövlət büdcəsinə 68 min 220 manat 66 qəpik vergi borcu var.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” tenderdə iştirak üçün sənəd qəbulunu bu ilin mart ayında aparıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil. Bu isə o deməkdir ki, qalib şirkətin 68 min manatlıq vergi borcu son 2 ayda yaranıb.

 

 

0.298907995224