Mikrofonuna 100 manat dolamaqla nə demək istədi? - Şairə canlı yayımda...

17:25 13-07-2022 405

Bayram günlərində şairə Nazilə Səfərlinin Kəlbəcər rayonuna qanunsuz səfər etməsilə əlaqədar saxlanılması barədə xəbər yayılmışdı. DİN xəbəri təkzib etsə də, şairə xanım özü də görüntüləri ilə yayılan söz-söhbətə son qoymaq istəyib.

Şairə etdiyi bir hərəkətlə daha çox müzakirələrə səbəb olub.

Nazilə "Instagramda" canlı yayım vasitəsilə yayılanların şayiə olduğunu bildirib. O, Şəmkirdə toyda olduğunu göstərərək, rəqs etməyə başlayıb.

Nazilənin əlində tutduğu mikrofona yüz manatlıqlar doladığı diqqətdən qaçmayıb.

İzləyicilər müxtəlif platformalarda şairəni müzakirə edərək, onun bu hərəkətlə kimlərəsə mesaj göndərdiyini, hətta acıq verdiyini qeyd ediblər.Lent.az

 

XalqXeber.Az

0.22614812850952