Goranboyun halına AĞLAYAN LAZIMDIR... - Rayonu kimlər idarə edir...

17:39 14-07-2022 459

Dünən Goranboy rayon icra hakimiyyətində qərarlaşan məmurların təftişini əks etdirən materiallarımızdan ilkini diqqətinizə çatdırdıq:

 


Goranboyu görün, KİMLƏR İDARƏ EDİR... - İLGİNC İDDİALAR...My Webpage

Qeyd edək ki, ilk yazımızda Goranboy RİH Başçısının 1-ci müavini postunu tutan Seymur Nəzərovla bağlı iddiaları təqdim etmişdik. Qeyd edək ki, yazını dia.az-a təqdim edən müəllif daha ağır ittihamları səsləndirib, biz isə həmin iddiaları sübut etmək imkanları olmadığından müəyyən ixtisarlarla material təqdim edirik.

Beləliklə, növbəti yazıda müəllif Goranboy RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qəmbərli barədə iddialarını səsləndirir:

"Məhərrəm Quliyev RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə (ictimaiyyət arasında yayılan söhbətlərə görə-50 min manat rüşvət qarşılığında) müdir təyin etdiyi Şaiq Qəmbərli bu vəzifədən əvvəl 35 min manat rüşvət qarşılığında RİH-nin sosial-iqtisadi məsələlərin proqnozlaşdırılması və təhlili şöbəsinin müdir müavini vəzifəsində çalışıb və sırf başçının torpaq, xüsusən də yaylaq və icarə torpaqlarının alveri ilə məğul olub.

İndi isə, icra nümayəndələri və bələdiyyələrin kadr (alver) işlərini həyata keçirir. Ancaq bu sahədə ona RİH Başçısının müavini Rafət Qurbanov, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yasin Məmmədov, iqtisadiyyat şöbəsinin işçiləri-Əkbər Yusibov sənədlər şöbəsinin işçisi- (Seymur Nazarovun xalası oğlu)-Elsevər Həsənzadə, gənclər-idman idarəsin rəisi- Elşad Həsənov(hazırda Elşad Həsənovun işi rüşvətxorluqla bağlı Baş Prokurorluqdadır.), Goranboy şəhər icra nümayəndəsi Rüfət Bağırov və MKTİB-nin ("Komxoz"un) direktoru Daşqın Hacıyev də yaxından köməklik göstərirlər.

Bunlar hamısı Başçının pul-rüşvət yığanlari kimi taninir. İcra nümayəndələri vəzifələrinə təyin olunan hər bir kadrdan 6 min, Aşağı Ağcakənd icra nümayəndəsindən 8 min, Xan Qərvənd icra nümayəndəsindən (əmisi-23 saylı Yol İstismarı İdarəsinin müdiri Mübariz Əkbərovdan) 17 min, Şadılı icra nümayəndəsindən 9 min, Zeyvə İN-nin mühasibindən 4 min manat rüşvət alıblar. Əkbər Yusiibov və Yasin Məmmədov Səfikürd, Qarasüleymanlı və İrəvanlı kəndlərində 10 hektarlarla əkin sahələrini zəbt edərək şərikli günəbaxan əkir və sıravi vətəndaşların suvarma suyunu mənimsəyirlər. İcra Başçısı Seymur Nazarov və Şaiq Qəmbərlinin vasitəsi ilə RİH-də memarlıq və tikinti şöbəsində mühəndis vəzifəsinə yeni təyin etdiyi Zöhrab adlı işçiyə Gəncə şəhərindən eyni vaxtda 26 ədəd məhşur (biri 500 manata) “Gəncə səbəti” aldırmış və Bakıya apartmışdır. Həmin bu Zöhrab vaxtı ilə Gəncədə (Nizami rayonun)İcra Başçısı və hazırda həbsdə olan Məharət Mustafayevin pulyığanı olub".

DAVAMI VAR...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az

 

XalqXeber.Az

0.22929406166077