Qubada "yaşıl terror" törədən, gölü qurudan “Macara Club” görün kimindir – Cinayət işi açıldı

13:12 14-07-2022 207

Quba rayonunun İkinci Nüqadi kəndi ərazisində faəliyyət göstərən “Macara Club, Tourisim, Hospitality Management” MMC ekaloji tələbləri pozduğuna görə məhkəməyə verilib.

 


 MMC-yə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydaları Əleyhinə Olan İnzibati Xətalar - 247.2 maddəsi ilə cinayət işi açılıb.

Quba rayon Məhkəməsində hakim İlqar Məmmədov - sədrliyi ilə baxılır.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sabiq vitse-prezidenti, Ekol Mühəndis Xidmətləri QSC-nin Direktorlar şurasının sədri Mikayıl İsmayılova məxsus olduğu deyilən, bu ilin aprel ayında Quba rayonunun İkinci Nüqadi kəndi ərazisində faəliyyət göstərən “Macara Club, Tourisim, Hospitality Management” MMC ilə bağlı qanunsuz əməllərin üstü açılıb. Məlum olub ki, “Macar” istirahət mərkəzi Nüqədi kəndi ərazisində 600-a yaxın ağacı qırıb. Bundan başqa, “Bulaqdərə” su anbarının üstündə yerləşən “Macara”nın rəhbərliyi gölü qurutmağa başlayıblar. Belə ki, təqdim olunan foto və videodan da göründüyü kimi, 15 hektar ərazisi olan gölün içərisinə doğru təxminən 47 metr məsafədə torpaq doldurulub. Hazırda ərazidə işlər dayandırılıb.

Ərazi hasara alındığı üçün hətta kənd sakinləri belə gölün ətrafına yaxın düşə bilmirlər. Gölə daxil olmaq üçün 10, göldən balıq tutmaq üçün isə əlavə 15 manat tələb olunur. Hətta buna görə bəzən qəbz də verilir.
Qubada "yaşıl terror" törədən, gölü qurudan “Macara Club” görün kimindir – Cinayət işi açıldı


Sakinlər mal-qaralarını göldə suvara bilirdilərsə indi bu, mümkün deyil. Gölün ətrafı tam olaraq hasarlanıb. Bununla da maldarlığın inkişafına ciddi ziyan vurulur.
Əldə etdiyimiz məlumata görə, “Macara”nın kanalızasiya xətti Nüqədi kənd sakinlərinin istifadə etdiyi arxa axıdılır. Bu da ekoloji çirklənməyə səbəb olur. Kənddən üfunət iyi gəlir.
Fotoda gördüyünüz vaqona quraşdırılan xüsusi nasos çirkab suları arxa vurur.

Bir müddət əvvəl kənd sakinləri moderator.az-a bildiriblər ki, şikayətlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə baxış keçirib və ağacları kəsdiyi üçün “Macara” MMC-yə cərimə yazıb. Lakin proses davam edir və hər gün ağaclar qırılır.

Sənədlərdə qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci il dekabrın 25-də “Bulaqdərə” su anbarının torpaq sahəsinin 148600 kv.m-ni “Macara”ya icarəyə verib. Hansı ki, bu su anbarı Quba Suvarma Sistemləri İdarəsinin balansındadır.

“Macara” rəhbərliyinin gücü o qədərdir ki, ətrafdakı torpaq sahiblərinə müxtəlif üsullarla təsir göstərərək əraziləri dəyər-dəyməzinə ələ keçirirlər.


Maraqlıdır ki, bütün bu qanunsuzluqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Melorasiya və Su Təsərrüfatı ASC-nin, Quba rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların gözü qarşısında baş verir.32gun.az





 

XalqXeber.Az

0.21291995048523