`AZZA`da müştəriyə istədiklərini satırlar - GİLEY

13:26 15-07-2022 216

"`AZZA`dan tort aldıq, amma ölçüsü səhv alınmışdı deyə 16:22 də maşından düşüb geri qayıtdıq ki, tortun ölçüsünü dəyişək. Amma nə illah etdiksə, tortu dəyişmədilər ki, bəs maşına qədər aparmısınız. İndi biz də dəyişə bilmərik..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nəzrin Qədirova adlı istifadəçi qeyd edir.

 


Daha srona narazı vətəndaş yazır: "Zəng də edirik, çox kobud formada cavab alırıq ki, maşına qədər aparmısınız... biz dəyişə bilmərik..

Həqiqətən də bu nə deməkdir, anlamadım?!

Kameradan da görürlər ki, tort öz verdikləri qutuda olub və heç bir müdaxilə olmayıb, buna baxmayaraq qaytarmırlar. Dəfələrlə olub ki, "AZZA"dan qoğal almışıq baxmışıq ki, qup-quru quruyub, pis günə qalıb... amma malı yenə də dəyişməyiblər. Deyiblər ki, artıq almısınız... Hətta mağazanın içində belə olanda.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

0.22674512863159