ETİRAZ: “LUKOİL” benzin yerinə hava vurur... - BU NƏDİ BELƏ?

13:29 15-07-2022 252

Saytımıza “LUKOİL” yanacaq doldurma məntəqəsi ilə bağlı şikayət daxil olub. Belə ki, vətəndaş şəxsi avtomobilinə Sədərək ticarət mərkəzinin yaxınlığında yerləşən “LUKOİL” yanacaq doldurma məntəqəsində benzin vurarkən bir müddət sonra benzinin yoxa çıxdığını görüb. Müəyyən olub ki, LUKOİL yanacaq doldurma məntəqəsi benzin yerinə hava vurub və bir müddət sonra benzin qurtarıb.

 

Xatırladaq ki, ”LUKOİL” şirkətinin adı mətbuatda neqativ hallarda çəkilib. Hər zaman vətəndaşlar benzinin keyfiyyətsiz olmağından, hava vurulduğundan şikayət ediblər. Onu da xatırladaq ki,Vahid Ələkbərov “LUKOİL” şirkətinin rəhbəri vəzifəsindən uzaqlaşsada, hələ də onun tabeçiliydə olduğu deyilir. Məlumatda o da bildirilir ki, bəzi işbazlar tərəfindən "LUKOİL" şirkətinin yanacaq doldurma məntəqələri icarəyə götürülür, orada "LUKOİL"-in adı ilə yanacaqlar satılır. Bu geniş araşdırma tələb edən bir yazı olduğu üçün mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//

0.25355195999146