Ceyhun Bayramovla Mirzoyan arasında görüş başa çatdı - Foto+Yenilənib

14:27 16-07-2022 333

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfərə yola düşüb. 

 

XİN-in mətbuat xidmətindən “Xalqxeber.az”ya verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
***
Tbilisidə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb. 
Qeyd edək ki, bu Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür. Bundan əvvəl isə tərəflər Düşənbədə Rusiyanın XİN rəhbəri ilə üçtərəfli görüş çərçivəsində danışıqlar aparıb. 
***
İkitərəfli görüşdən sonra Ceyhun Bayramov, Ararat Mirzoyan və Gürcüstanın XİN rəhbəri İlia Darçiaşvili arasında üçtərəfli görüş baş tutub. 
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.
“İkitərəfli görüşdən sonra geniş tərkibli nümayəndə heyətlərinin görüşü başlayıb.
Görüş zamanı regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.

0.2222740650177