Azərbaycanın son üç cüdoçusu Qran Pridə mübarizəyə başlayır

15:05 17-07-2022 252

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq.

 


Yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.

Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanıb.

0.25485110282898