Gömrüyün yeni sədri MAŞIN BİZNESİNƏ BAXIRDI... - İLGİNC İDDİALAR...

10:06 18-07-2022 369

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

 


DİA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

DİA.AZ bildirir ki, bununla bağlı maraqlı faktlar əldə etmişik.

Qeyd edək ki, Şahin Bağirov düz 4 il əvvəl, təxminən bu ərəfələrdə - 2018-ci ilin 7 iyul tarixində DGK sədrinin müavini postundan uzaqlaşdırılmışdı. Vəzifgədə olarkən isə onunla bağlı maraqlı faktlar məlum idi.

DİA.AZ bildirir ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Aydın Əliyevin müavini idi və 2018-vi ilin 7 iyul tarixində vəzifəsindən alınmışdı. İndi isə sədri əvəz edəcək müavin kimi fəaliyyətini davam etdirəcək.

Məlumatlarda bildirilir ki, Şahin Bağırov vəzifədə olarkən bəzi sahələri öz inhisarında saxlayıb. Məsələn, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməzdi.

Əlavə bilgilərimiz olacaq... Bizi izləyin.

DİA.AZ

 

XalqXeber.Az

0.22838687896729