"Biz təbii qazın istehsalına da önəm verəcəyik" - Prezident

22:15 18-07-2022 333

Biz təbii qazın istehsalına da önəm verəcəyik. Bərpaolunan enerjidən istifadə daha çox qaz ixrac etməyimizə imkan verəcək.

 


Bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Prezident qeyd edib ki, Azərbaycanın bu sahədəki səyləri Avropa İttifaqı tərəfindən də dəstəklənib. “Bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır. Nəzərə alsaq ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq”, - deyə dövlətimizin başçısı bildirib.

0.26637196540833