“İcra başçılarının məktəblərə təzyiqi açıq-aşkar haldır” - BU FAKTDIR!!!

10:06 20-07-2022 270

Xəbər verdiyimiz kimi, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.

 


Şagirdi döyməkdə ittiham olunan məktəb direktoru və İcra Hakimiyyəti başçısının müavini vəzifələrindən azad olunublar.

Hadisədən sonra İcra hakimiyyətlərinin məktəblərə müdaxiləsinə dair iddialar irəli sürülüb. Bildirilir ki, icra başçıları direktorların və müəllimlərin təyinatına, həmçinin məktəblərin daxili işinə müdaxilə edirlər. Müəllimlərin və direktorların təyinatının rəsmi qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini deyən təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a bildirib ki, bəzi bölgələrdəki icra başçılarının məktəblərə təzyiqi açıq-aşkar haldır:

"Məktəblərdə müəllimin şagirdə zorakılıq tədbiq etməsinə və ya direktorun bu hallara göz yummasına tez-tez rast gəlinir.İcra başçısının müavinin isə direktorun iştirakı ilə belə bor iş görməsi qaranlıq məsələdir. Bu kimi hadisələr təhsilimizə baş ucalığı gətirmir.

Düzdür, məsələyə Təhsil Nazirliyi öz münasibətini bildirib. Lakin bu kimi hallara operativ qiymət vermək lazımdır.

Adiyyəti qurumlar hadisənin üstündən 3-4 gün keçdikdən sonra məlumat verib. Belə bir olay zamanı operativliyin qorunmaması zamanı məsələyə cürbəcür şərhlər verilir və daha çox içtimailəşir.

Təklif edirəm ki, belə məsələlərin şişirdilməməsi və müəyyən istiqamətlərə yozulmaması üçün rəsmi qaydada operativ qiymət verilsin".

"Sherg.az"

 

XalqXeber.Az

0.21188616752625