“Baku Tobacco” oyunu: siqaret markaları bu cür bahalaşır - İLGİNC FAKTLAR

15:32 28-07-2022 216

Artıq uzun müddətdir ki, Azərbaycanda bəzi siqaret markaları yoxa çıxıb.

 


Xalqxeber.az Bakupost.az-a istinadla xəbər verir ki, bir müddət öncə bunun səbəbi kimi Azərbaycanda siqaret istehsalı və idxalını monopoliyaya alan “Baku International Tobacco” Ukraynada başlayan müharibəni göstərirdi.

Belə ki, Azərbaycanın tütünlə bağlı əsas xammal idxal etdiyi ölkələrdən birinin də Ukrayna olduğu bildirilirdi. Müharibə isə bu idxal zəncirində qırılmalar başlatdı.

Monopolist şirkət ən qısa müddətdə digər ölkələr. o cümlədən Türkiyədən idxalı bərpa etməklə, siqaret markalarındakı qıtlığı aradan qaldıracağını elan etdi. Bir müddətdən sonra doğrudan da marketlərdə yoxa çıxan bəzi siqaret məhsulları görünməyə başladı. Ancaq qiymətlərdə rəsmi olaraq artım da elan edildi.
Qiymət artımı bütün siqaretlərə təsir etdi və hər bir marka təxminən 10-20 qəpik bahalaşdı. Buna baxmayaraq, yenidən bəzi növ siqaretlər yenidən tapılmır.
Hazırda Azərbaycanda rəsmən siqaret defisiti yaşanır: “Sobranie” (nazik, hər 3 forması), “Vinston” (nazik), “LD” (kompakt) siqaretləri “əl altından” satılan məhsullara çevrilib və əlbəttə ki, qiymətləri də fərqlidir. Xüsusilə “Sobranie” siqaretindən dəlallar məharətlə istifadə edirlər: marketlərdə yoxa çıxan və pərakəndə satışı 4,1 manata olan bu siqaretlər səyyar köşklərdə 5 manatdan təklif edilir.
Tələb olunan məhsulun istehsalının bu cür azaldılaraq defisitə çevrilməsi “Baku International Tobacco” şirkətinin yalnız yanlış siyasəti deyil, həm də bu şirkətin monopol statusundan istifadə edərək, istehlakçılara qarşı qeyri-adekvat və heç bir sivil bazar münasibətlərinə sığmayan davranışıdır.
Şirkət 5 ay müddətində tütün idxalını alternativ mənbələrdən tam təmin etməməklə əslində yararsız bir beynəlxalq əlaqəyə sahib olduğunu göstərir. Digər tərəfdən isə bu, şirkətin sözügedən məhsulları düşünərək defisitləşdirməklə, az istehsal ilə süni bahalıq yaratmaq və dəllallara şans verməsi kimi qəbul edilə bilər.
Şirkətin bəzi strukturlarının bu şəraitdən istifadə edərək, yüksək məbləğdə, rəsmiləşməyən vəsaitləri dəllallarla əlbir olaraq qazandığı ehtimalı da yüksəkdir. Əks halda hansısa bir markanın bu müddət ərzində defisit olması və şirkətin də indiyə qədər bu məsələlərlə bağlı heç bir açıqlama verməməsinin ayrı izahı yoxdur.

 

XalqXeber.Az

0.21432495117188