İLGİNC: Əmrullayev nazir kimi təsdiqlənməyə bilər... - SƏBƏB NƏDİR?

16:37 29-07-2022 261

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

 


Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. 

Xalqxeber.az cebhe.info-ya istinadla xəbər verir ki, sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib. Bu isə o deməkdir ki, təhsil naziri Emin Əmrullayevə də “yol” görünür. Elm və Təhsil Nazirliyinə rəhbərlik Emin Əmrullayevə tapşırılmayacaq. Səbəblədən biri isə Emin Əmrullayevin elmi dərəcəsinin olmamasıdır. Qanunla elm sahəsinə rəhbərlik etmək üçün elmi dərəcə olmalıdır. Emin Əmrullayevin isə elmi dərəcəsi yoxdur. 

Emin Əmrullayev 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bu təhsil isə Emin Əmrullayevin elm sahəsinə rəhbərlik etməsi üçün kifayət deyil. Ona görə də Elm və Təhsil Nazirliyinə yeni təyinatın olacağı gözlənilir.

 

XalqXeber.Az

0.21260285377502