"KİA" markalı avtomobillər toqquşdu - ölən və yaralı var

18:15 31-07-2022 252

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 
apa-ya istinadən xəbər veririk ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.
Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
0.25570011138916