AZAL indi də naxçıvanalılarla məzələnir - BUNUN BAŞQA ADI YOXDUR...

14:30 02-08-2022 81

Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə uçan təyyarələrə biletlərin onlayn alınmasında problemlər yaranıb. 

 


Xalqxeber.az
 xəbər verir ki, yerli sakinlərin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, sistemdə biletin olduğu görünsə də, onu almaq mümkün olmur.

Təcili Bakıya uçmaq istəyən Ordubad rayon sakini Murad Həsənov deyir ki, internetdə bilet olduğunu görəndə sevinib. Lakin, onu almaq mümkün olmayıb:
"Bakıya və əks istiqamətə gedib-gələcəyim gün üçün onlayn bilet almaq üçün Azalın saytında sistemə girdim. Hər ikiistiqamətə istədiyim günlərə bilet olduğu görünürdü Onlayn ödəniş edib almaq istədim, alınmadı. Düşündüm ki, ola bilsin sistemdə hansısa problem yaranar. Bir gün sonra da fərqli vaxtlarda yoxladım, alınmadı ki, alınmadı.”

Şahbuz rayon sakini Qabil Abbasov deyir ki, onlayn bilet almaq mümkün olmadığından, kassaların qarşısında yenidən növbələr yaranıb:
"Bilet almaq bəzən günlər aparır. Saatlarla növbələrdə dayanmalı, ya da işbazlarla əlaqəyə qiymətindən artığına almalısan".
İyunun axırlarında AZAL Naxçıvana biletlərin onlayn qaydada da satışına başladıqlarını bildirmişdi.

 

 

0.20658707618713