Yardımlıda DÖVLƏT MALI BELƏ TALAN EDİLİR - İşin içində başının müavini də var...

14:33 02-08-2022 63

Dünən daha bir vəzifəli şəxsin qollarına qandal vuruldu. Rəsmi məlumatda deyilirdi ki, əvvəl məlumat verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

 


İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

DİA.AZ bildirir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının son zamanlar ayrı-ayrı bölgələrdəki qanunsuz əməllərinin ifşası intensiv xarakter alıb. Bu isə yerlərdə vətəndaşları ruhlandırır. Hər halda, görünəni budur.

DİA.AZ müraciət edən Yardımlı rayon sakinləri ƏMDX-nin bu rayondakı əməkdaşlarının qanunsuzn əməllərini ifşa etməklə yanaşı, onlar barəsində ölçü götürülməsi üçün rəsmi qurumlara müraciət edirlər.

DİA.AZ-a göndərilən müraciətdə deyilir:

"Dövlət Əmlak Xidmətinin Yardımlı rayon Şöbəsinin işçiləri Fərzəli Səlimov, Şahin və digərləri əlbir olub Yardımlı rayonunda belə bir oyun oynayırlar. 25 sot torpağı beş vətəndaışın adına sənədləşdirib sonda 1 nəfərə alqı-satqı yolu ilə satırlar. 5 vətəndaşın əvəzinə də əmlakın işçisi Fərzəli qol çəkib. Yardımlı rayonunda əkinə yararlı torpaqlar bu yolarla vətəndaşlara satılıb.

3900 manat vətəndaşdan pul alınır, 400 manat sənədləşmə işinə ödənilir, qalan 3500 manat öz aralarında bölünür. Dövlətin əhmiyyətli torpaq sahələri satilir. Ziyan yenə dövlətə dəyir.

Mərkəzi Seçki Kamisiyasinin 72 saylı Yardımlı DSK-nın balansında olan torpaq sahəsi də bu yaxınlarda vətəndaşa satılıb. Bu nece olur? DSK-nın balansında olan torpaq sahəsi vətəndaşa satıla bilərmi? Burda Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı, Yardımlı rayon İcra Hakimiyyətinin müavini Mahir Mirzəyev və Əmlak Xidmətinin Yardımlı rayon şöbəsinin işçisi Fərzəli Səlimov əsas fiqurantlardır.

İnanırıq ki bu satılan torpaqlar geri qaytarilacaqdir. İnanırıq ki, dünən Saray qəsəbəsində keçirilən əməliyatdan biri də Yardımlı rayonunda da keçiriləcəkdir buna inanırıq..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

 

 

0.22023892402649