Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağı müzakirə etdi

21:32 04-08-2022 153

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

 


Xalqxeber.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi vurğulanıb”, - Peskov qeyd edib.

0.22280597686768