Vüqar Kərimovun ünvanına YENİ İTTİHAM... - Dövlət malına elə daraşıblar ki...

12:57 05-08-2022 279

Xalqxeber.az bildirir ki, etibarlı mənbədən Azerinfo.az xəbər portalına daxil olan məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında (Bibiyan şəlaləsinin yanında) dövlət meşə fondu torpağı obyekt yeri kimi satılıb və artıq orada obyekt də tikilib .

 Artıq sözügedən obyektin dama qədər inşası da başa çatıb.
Mənbə qeyd edir ki, sözügedən yerə meşə məcəlləsini qanunları pozularaq yol da çəkilib.

Mənbənin bildirdiyinə görə, obyekt yeri külli miqdarda pul müqabilində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyev satıb və aldığı məbləğin də bir qismin "krışa"sı olan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova verib.
Sözügedən şikayəti araşdırmaq məqsədilə aidiyyatı qurumlarla (ETSN-nin mətbuat katibi İradə xanım, DEİ-nin rəisi Mirsalam Qəmbərov və 1 saylı RETSİ-nin rəisi Şakir Quliyevlə) əlaqə saxlayıb qarşı tərəfin mövqeyin dinləmək üçün zəng vurduq , amma çox təəssüflər olsun ki, bizim telefon zənglərimizə cavab vermədilər. Buradan görünür ki, verilən məlumatlar doğrudur.

Bu dırnaq arası ekoloqlara hələlik aidiyyatı qurumlar tərəfindən "dur" deyən yoxdur.

Qarşı tərəfi dinləməyə hazırıq
0.23356413841248