Alı Qocayev yaddan çıxıb vəzifədə qalıb... - Samuxlular belə düşünür...

21:15 02-09-2022 378

Samuxda kənd təsərrüfatı ilə məşğul olmaq bu gün ən böyük iztiraba bərabərdir. Bu barədə DİA.AZ-a rayondan daxil olan müraciətdə deyilir.

 


Müraciət müəllifləri yazır: "Samux Azərbaycanın elə bir rayonudur ki, sanki hər kəs buraları unudub. Dövlət də unudub. Əgər belə olmasaydı, Alı Qocayev 10 il ərzində bu rayona rəhbərlik etməzdi. Samuxlular elə düşünür ki, Alı Qocayev yaddan çıxıb icra başçısı vəzifəsində qalıb. Hökumətin yadına düşsəydi, yadında olsaydıŞ Alı Qocayevi çoxdan çıxarardılar..."

Daha sonra KTN-nin yerli idarələrindən giley edən sakinlər bildirir ki, bu gün Samuxda yiyəsiz kəndlilərin əkin-biçini məhv olmaq üzrədir.

Xatırladaq ki, dia.az olaraq az əvvəl də belə bir müraciəti təqdim etmişdik:

Zaur Mikayılovun kadrları BELƏ İŞLƏYİR... - Məmurun əkininə su verilir, yetim-yesirə yox...

Sakinlər DİA.AZ-a bildirir ki, yerli su idarəsinə, icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onları eşidən yoxdur: "Ona görə də tək ümidimiz cənab Prezidentdir. Dia.az vasitəsilə ölkə başçısından Samuxa sahib çıxmağı, problemlərimizə diqqət ayırmağı xahiş edirik".

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

 

0.21680021286011