Bu ölkəni onlara buraxa bilmərik - Ərdoğan

16:25 04-09-2022 432

2023-cü il seçkiləri yaxınlaşdıqca siyasi ab-havanı zəhərləmək və xalqımızı qütbləşdirmək üçün atılan addımların artacağının fərqindəyik.

 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“CHP və yoldaşları köhnəlmiş ssenariləri yenidən dövriyyəyə buraxmağa çalışırlar. Sizə açıq deyim: nə etsəniz də, uğur qazana bilməyəcəksiniz. Bu gözəl ölkəni FETÖ xainlərinə, PKK əclaflarına, onların CHP daxilindəki uzantılarına buraxa bilmərik”, - Ərdoğan qeyd edib.
0.21422290802002