Qəbələ, Oğuz və Zaqatalada yanğınlar davam edir - RƏSMİ

10:11 05-09-2022 468

Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.

 
Bu barədə Oxu.Az-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Həmçinin FHN-in aviasiya dəstəsinin helikopterləri də ərazidə fəaliyyət göstərir.
0.20403003692627