"Şaftalı sözünü düz yaza bilməyən müəllimlər var" - Nazir

20:59 07-09-2022 414

"25-29 yaşı olan müəllimlər təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb". 

 


Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

Nazir bildirib ki, 40-55 yaş arası olanlar nazirliyi daha çox narahat edir. E.Əmrullayevin sözlərinə görə, şaftalı sözünü düz yaza bilməyən müəllimlər də var:

"60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib. Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər şaftalını "şafdalı" kimi yazır".

0.19758200645447