Mən 1-ci qrup əliləm, ağır
miopatiya xəstəsiyəm.

08:54 08-09-2022 414

1 sentyabr 2022-ci ildə İcrabi Sığorta Bürosunun binasında işçi Əfsanə Rüstəmova
tərəfindən ağır söyüşlərlə təhqir olunaraq qovulmuşam. Mən 1-ci qrup əliləm, ağır
miopatiya xəstəsiyəm. Həmin gün yaxın qohumlarımla gün ərzində üç dəfə İcbari
Sığorta Bürosunun binasına gəlmişəm. Hər dəfə də İcrabi Sığorta Bürosunun müştəri
xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Bir dəfə dodağına
pomada vururdu, panikür-pedikürlə məşğul idi, dedi vaxtım yoxdu. İkinci dəfə gələndə
özünün xüsusi pəhriz yeməyini iş yerindəcə, müstəri xidmətləri göstərməli olduğu stolun
üstündəcə yeyirdi. Hər dəfə də bu əcaib mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində
seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda qalıram,
hər dəfə gəlib getməyə taksiyə pul verirəm, bu istidə yollarda sürünmək adamı əldən
salır. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir.
Mən Əfsanə xanıma dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan
sonra o ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim
ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və
Mərkəzi Banka şikayət edəcəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki
sənədləri götürüb göyə səpələdi, dedi ki, qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da,
sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx
rədd ol burdan çölə!
Orda dayanan digər müştərilər də təəccüb qalaraq deyindilər ki, bura necə idarədir,
adamla necə rəftar edirlər, adi dodağı pomadalı kraskalanmış işçi adamı adam yerinə
qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci
hərəkəti deyildir, o dəfələrlə adamlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə
qəbz zad da vermir, buxalteriya işləri bərbad gündədir, belə ki, müdiri saymadığından
sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə sənədləşmə işlərində bu cür bardakın
olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu bardakdan istifadə edərək bir
sıra saxta işlər görür və çoxlu pullar da qazanır.
Dediyim kimi mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Azərbaycanda birinci
qrup xəstələr, əlillər söyülüb təhqir olduğu, alcaldığı üçün mən ulu öndər Heydər
Əliyevin qəbri üstə gedib vidalaşdıqdan sonra bu ölkədən imtina edərək rədd olub
getməyimə izin verməyinizi sizdən xahiş edirəm. Şikəstlərin, əlillərin hörmət
olunmadığı, adam yerinə qoyulmadığı bir ölkədə yaşamaq qəbir evində cəhənnəmdə
yanmaq kimi bir işdir. İcbari Sığorta Bürosunda çalışan Əfsanə Rüstəmova kimi adam
respublikada yerə-göyə ağalıq etmək iddiasına düşüb. Maraqlanarkan üzə çıxdı ki, bu
adamla heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır. Nə sehrli əndirəbadi
qüvvədirsə, bu insana gözün üstündə qaşın var, güzgünün qarşısından əl çək, xalqın,
millətin işini gör deyən yoxdur. Adını qeyd etdiyim büroda işləyən işçilərin hərəsi bir
dinə və məzhəbə qulluq edir. İşçilərdən biri gah əlilin, xəstənin qolundan tutub üzərində
güc göstərməklə, digəri rinqə çağırmaqla məşğuldur. Bir ölkədə kiçik bir büroda bu
qədər amansızlıq, hegemonluq, özbaşınalıq, saxtakarlıq, yiyəsizlik olarsa, başqa yerlərə
nə deyək? Bir rəhbər məsələni araşdırmadan, haqlı və haqsızı müəyyənləşdirmədən
işçinin müdafiəsinə qılınc və qalxanla niyə qalxsın görəsən? Əfsanə Rüstəmova İcbari
Sığorta Bürosunda nə qədər güclü, nə qədər hegemon bir sindikat üzvüdürsə, rəhbərlik
tərəfindən şikayətimə baxılmır və bu adama gözün üstə qaşın var deyən yoxdur. Ölkədə
pulum var, adamım var deyib sağa-sola gəzən, büronu gözəllik salonuna, xanımlarin
qeybət məkanına, toy məclisinə, şənlik ab-havasında çevirən qaraqutusu Əfsanə
Rüstəmova kimə və nəyə arxayındır? Bir vətəndaş ərizəni büroda qeydiyyata aldırmaq
üçün hökməndir ki, ən azından iki və ya üç dəfə bura ayaq döysün, gəlin getsin,
sürünsün-süründürülsün, bir neçə işçi və şöbə müdiri ilə məsləhət-məşvərət etsin, saysız-
hesabsız treninqlərdən keçsin?
Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən
xahiş edirəm ki, bu cür adamın İcbari Sığorta Bürosundan qovulub rədd edilməsi üçün
tədbirlər görəsiniz. O cümlədən prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari
Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış
qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə
qiymət versinlər. O cümlədən də Vergilər Nazirliyindən xahiş edirəm ki, İcrabi Sığorta
Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və
vergidən yayınmalar ortalığa çıxır.

İsgəndərli A. A.
Bakı şəhəri Masazır qəsəbəsi 59
0554050792

0.23830485343933