"Bu məsələləri Putinlə müzakirə edəcəyik" - Ərdoğan

19:49 08-09-2022 405

"Taxıl daşımalarında bu günə kimi Rusiyadan göndəriş yoxdur. Putinin haqlı olduğu bir şey var. Bu taxıl daşımasında gələn taxıl zəngin ölkələrə gedir. Kasıb ölkələrə isə yox". 

 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin məqsədi yoxsul ölkələrə yüklərin daşınmasıdır. 

Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə taxıl daşınmasının Putini narahat etdiyini bildirən Ərdoğan, "Biz də Rusiyadan taxıl daşımalarının başlamasını istəyirik. Bu məsələləri Səmərqənddə cənab Putinlə müzakirə edəcəyik" ,- deyə vurğulayıb. 
0.24177408218384