"Mənim evimə sayğac qoymaq istəmirlər" - GİLEY

19:50 08-09-2022 369

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Əliağa Vahid 4. Ünvanda yaşayan Əsədov Abı Əsəd oğlu tərəfindən Prezident İlham Əliyevə, Energetika naziri cənab P,Şahbazova, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Balababa Rzayevə, Ombudsman Aparatı rəhbərinə kütləvi informasiya vasitəsi ilə “Azərişıq” ASC- tərəfindən oğlunun evinə elektrik sayğacının qoyulması üçün qanunsuz tələb edilən 300 manatı ödəmədiyinə görə sayğacla təchiz edilməməsi barədə müraciət ünvanlayıb.

 
Xalqxeber.az Aktualinfo.org-a istinadla vətəndaş Abı Əsədovun müraciətini olduğu kimi təqdim edir.O, yazır:

Mən, 1990-cı ildən Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayır və həmişə təsərrüfatla məşğul olub ailəmi dolandırıram. Həmişə də kommunal xidmətlər istifadə etdiyimə görə vaxtı-vaxtında ödəmələrimi qanuna müvafiq formada həyata keçirmişəm. Qaz və elektrik sayğaclarında istehlak etdiyim qədər ödəmələri yerinə yetirmişəm. Budur, oğlum üçün də qonşuluqda 10 sot torpaq sahəsində tikdiyim evə çıxarış almışam. Elektrik sayğacının qoyulması üçün Sumqayıt ASAN xidmətə müraciət etdim. Bildirdilər ki, 166 manat rüsum keçirmək lazımdır. Əgər “Azərenerji” mənsubları icazə versələr. Təqdim etdiyim sənədlərə isə “Azerenerji” yetkililəri bildirmişlər ki, sənin çıxarışında döngə nöqtələri qeyd edilən yerə uyğun gəlmir. Təzədən Xırdalan şəhərinə gedib çıxarış verilən idarəyə müraciət etdim. İki əlavə sənəd verdilər. Dedilər ki, yalan deyirlər hər şey öz qaydasındadır. Sənin çıxarışında ərazı döngə nöqtələrinə uyğun verilib. Bu bir bəhanədir. Mən yenidən ASAN xidmətə gəldim. Orada da dedilər ki, gərək sən “Azərenerji” nümayəndələri ilə hesablaşasan. 

İcazə verslər biz də sənədləşdirərik. Mənimlə ASAN xidmətdə operatorun vasitəsilə telefon əlaqəsi saxlayan nümayəndə bildirdi ki, bəli 166 manat bu dövlət büdcəsinə keçir bir sayğaca görə , qalan pulu da ( yəni , 134 manatı) Azərenerjiyə keçməsi üçün bizə verməlisən. Mən razılaşmadım. Odur ki, işim yarımçıq qaldı. Mənə sayğac qoymaq istəmirlər. Elə başa düşürəm ki, Sumqayıt “ASAN xidmət”lə “Azərenerji” ASC əməkdaşları birlikdə vətəndaşlara qarşı belə bir qurama maxinasiya qurub pul qazanmaq istəyirlər Bunun başqa adı yoxdur. Mən adi TIR sürücüsüyəm. Tez tez xarici ölkələrə səfər edirəm. Vaxtım olmur. Amma bu bürokratlar məni incidirlər.

Odur ki, yalnız Prezidentdən köməklik gözləyirəm. Yoxsa başqa heç kim məni bu süründürməçilkdən qurtarmaz. Bu dövlət qurumları hamısı bir birilə əlbir işləyib mənim kimi sadə və kasıb vətəndaşın hesabına pul qazanmaq istəyirlər. Və əldə etdikləri qanusuz gəlirləri manat manat öz aralarında bölüşürlər. Bu bir korrupsiya mexanizmidir . Xahiş edirəm mənim evimə elektrik sayğacının qoyulması üçün təqdim etdiyim sənədlər üzrə iş icra etsinlər.

“Azərişıq” ASC-nin əməkdaşlarının özbaşnalığına son qoyularaq mənim evimə olan elektrik sayğacı quraşdırılsın.Sağ olun.
0.22134399414062