Vüqar Kərimovun kadrları MEYDAN SULAYIR... - İTTİHAM VAR!

19:53 08-09-2022 369

Xalqxeber.az bildirir ki, Azerinfo.media xəbər portalına bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi işçilərinin verdiyi məlumata görə, "artıq Mərkəzimizə 2 aydır direktor təyin olunmuş qeyri-peşəkar, ağacların cinsini tanımayan və bir sözlə, meşədən anlayışı olmayan Nəsimi Nəsirovu gətirib direktor təyin ediblər..."

 
Daha sonra narazı işçilər qeyd edir: "Bu şəxs, biz və digər işçilərin bəzilərin "işdən çıxma" barədə ərizərimizi alıb, elə işçilər də var ki, ərizə verməkdən imtina ediblər və Nəsimiyə "sən bizi işə götürmüsən ki, bizi də işdən çıxartmaq istəyirsən?!.
Sənin bu əməlin Əmək Məcəlləsinin maddələrinə ziddir"-deyə, bildiriblər.

Adlarını çəkilməsini istəməyən işçilərin verdiyi məlumata görə, Nəsimi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin İşçilərinə bildirir ki, mən öz komandamı yığıb onlarla işləyəcəm, kimi istəsəm işdə saxlayacaq, istəməsəm isə ərizəsin alıb yola salacam.
Direktor mənəm və mən qərar verirəm.
Vəsssəlam"

Qarşı tərəfi dinləməyə hazırıq.

 

 

0.27723407745361