Bu daşımaları tənzimləyən icazə sistemi tətbiq ediləcək

20:01 08-09-2022 351

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri məlum olub.

 
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

- müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

- avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin etmək;

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək;

- rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
0.22360706329346