Ağalar Vəliyev də pullarını AZƏRBAYCANDAN ÇIXARIR... - BU DA FAKT!!!

16:48 09-09-2022 270

Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin xaricdə daha bir biznesi aşkarlanıb.

 


Xalqxeber.az qlobal.az-a istinadla xəbər verir ki, deputatın oğluna məxsus olan dörd mərtəbəli, dörd ulduzlu otel Türkiyənin İstanbul şəhərinin Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşir.

Otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Qeyd edək ki, Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Məlumatı araşdırmçı jurnalist Cavanşir Həsənli yayıb.

Xatırladaq ki, deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Ağalar Vəliyev eyni zamanda Bakı, Sumqayıt və Abşeronda yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Abşeron" MTK-nın da sahibidir.

Deputat yayılan xəbərə mövqe bildirməyib.



 

 

0.23948311805725