İlham Əliyev Paşinyan və Ərdoğanla eyni sammitdə iştirak edəcək

19:28 09-09-2022 540

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda eyni sammitdə iştirak edəcəklər. 

 Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Bildirilib ki, ölkə liderləri sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində dəvət olunub.
İlham Əliyev Paşinyan və Ərdoğanla eyni sammitdə iştirak edəcək

 

 

0.19860816001892