Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu

14:38 10-09-2022 387

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub.

 


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

0.20918107032776