Dövlət Gömrük Akademiyasında ARAŞDIRMA BAŞLANDI - Qulu Novruzov haradadır?

17:49 10-09-2022 333

Dövlət Gömrük Komitəsindən sonra Dövlət Gömrük Akademiyasında da araşdırmalar başlayıb.

 
DGK-nin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin dövründə ona və müvafiq vəzifəli şəxslərə yaxın adamlarının Dövlət Gömrük Akademiyasına qəbulu olub.

Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən test imtahanlarından kənar akademiyaya qəbul edilən şəxslər barəsində ciddi araşdırma aparılır.
Hətta testdən kənar DGA-ya qəbul olub, akademiyadan məzun olduqdan sonra rahat şəkildə Dövlət Gömrük Komitəsinə işə qəbul edilən şəxslərin olduğu da məlum olub.
Həmin şəxslər aşkarlandıqca, tutduqları vəzifələrdən azad edilirlər.

Saytımıza verilən digər məlumatda hımçinin bildirilib ki, general-mayor Qulu Novruzovun rəisi olduğu, Dövlət Gömrük Komitəsinin Akademiyasının prorektor vəzifəsini qeyri-rəsmi olaraq DGK-nın sabiq sədri, general-polkovnik Aydın Əliyev icra edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
0.22283506393433