Əvəz Zeynallının saxlanma xəbəri yayıldı

17:54 10-09-2022 450

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanılıb.

 


Bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.
Baş Prokurorluqdan məlumat verilib ki, Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

“Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

TİA.AZ

 

XalqXeber.Az

0.24005198478699