Ukrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB

14:12 12-09-2022 351

Ukrayna ordusunun Xerson və Xarkov vilayətlərində başlatdığı əks-hücum zamanı təqribən 3 min kvadratkilometr ərazi Rusiya qüvvələrindən geri alınıb.

 
Bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 40-dan çox yaşayış məntəqəsi yenidən Ukraynaya qayıdıb.

Bundan əlavə, Ukraynanın şərqindəki Xarkov vilayətində toqquşmalar şiddətlənib. Ukrayna mənbələri sentyabrın 7-dən etibarən Xarkov vilayətində yaşayış məntəqələrinin alınmağa başladığını açıqlayıb.
 
***09:11

Ukrayna Silahlı Qüvvələri son sutkada 20-dən çox yaşayış məntəqəsini azad edib. 

Bu barədə Ukrayna SQ Baş Qərargahının mətbuat xidməti məlumat yayıb. 

"Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub", - deyə  məlumatda qeyd olunub.  

 

 

0.24678301811218