Əvvəl ağacları çıxardılar, sonra özəlləşdirdilər, indi də obyekt tikirlər - Bakının mərkəzində...

10:43 13-09-2022 288

Bakının mərkəzində piyada səkisinin xeyli hissəsi hasarlanıb.

 


DİA.AZ xəbər verir ki, Yasamal rayonu, B. Vahabzadə küçəsi, metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən həmin ərazi dünən hasara alınıb. Ərazidə hansı işlərin aparılması ilə bağlı heç bir məlumat yoxdur.

Uzun illər həmin ərazidə yaşıllıq zolağı olsa da, ötən il Ekologiya Nazirliyinin əməkdaşları ərazidəki ağacları başqa yerə köçürmüşdü.

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məsələ ilə bağlı Trend-ə açıqlama verərək ağacların köçürülmə səbəbini açıqlamışdı. Qurum rəsmisi bildirmişdi ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin atlından keçən kabeldir:

“Ağaclar olduğu ərazidə yerin altından kabeldə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin yerdə olan ağaclar çıxarılaraq digər əraziyə köçürülüb”.

Bir ildən sonra isə həmin ərazi hasarlanıb. Yeni obyekt tikiləcəyi iddia olunur.

Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsnin müdiri Xaqan Teymurov Trend-ə faktı təsdiqləsə də, ərazinin hansı əsasla hasarlanması barədə məlumat verməyib.

Şöbə müdiri bildirib ki, həmin ərazi özəlləşdirilib, şəxsi əmlakdır və əmlak sahibi özü həmin yeri hasara alıb və tikinti ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə layihə təqdim edib.

Həmin ərazi şəxsi yerdir, sənədləri də var. Sahibkar həmin ərazini hasara alaraq icra hakimiyyətinə layihə təqdim edib. Hazırda həmin layihənin təsdiqlənməsi işləri həyata keçirilir",- deyə şöbə müdiri bildirib.

Şöbə müdiri qeyd edib ki, sahibkar hələlik ərazidə heç bir tikinti işləri aparmır: "Onun hələlik orada tikinti aparmağa icazəsi yoxdur. İcazə alandan və layihə aidiyyəti qurumlar tərəfindən təstiqlənəndən sonra orada nəsə tikinti işləri apara bilər".

DİA.AZ 







 

XalqXeber.Az

0.24908709526062