UEFA İcraiyyə Komitəsi AVRO 2024-ün püşkatma prosedurunu müzakirə edəcək

09:29 14-09-2022 306

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi sentyabrın 20-də keçiriləcək iclasında 2024-cü il Avropa çempionatının seçmə turnirinin püşkatma prosedurunu müzakirə edəcək.

 


Bu barədə çərşənbə axşamı UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Xorvatiyanın Hvar adasında baş tutacaq.

İcraiyyə komitəsinin gündəmində həmçinin 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatının ev sahiblərinin müəyyənləşdirilməsi də var.

Bundan əlavə, UEFA-nın müxtəlif komitələrinin müraciətlərinə baxılacaq.

Qeyd edək ki, Rusiya komandasının püşkatma mərasiminə buraxılması ilə bağlı yekun qərar hələ verilməyib. Ümumiyyətlə, AVRO 2024-ün seçmə turniri Rusiya komandasının kənarlaşdırıldığı yarışların siyahısında yoxdur.

Mənbə: TASS

0.23941993713379