"Azəriqaz" rəhbərliyini daha bir yeyintisi - GİLEY

09:31 14-09-2022 252

DİA.AZ-a daxil olan növbəti müraciətdə "Azəriqaz"ın regional rəhbərliyinin daha bir yeyintisi və yaxu da mənimsəmə faktı ifşa olunur. Bəlkə də kimlər üçünsə bu fakt cüzi xarakterli təsiri bağışlaya bilər. Amma yeyinti yeyintidir.

 


Beləliklə... DİA.AZ-a yazan işçilər qeyd edirlər ki, "Azəriqaz" İstehsalat Birliyi, Lənkəran RQİİ və Ağsu RQİİ-nin Həmkərlar Təşkilatı sədrləri Azəriqaz İB-nin Həmkarlar Təşkilatları tərəfindən ayrılan geyim formalarını özləri götürüb paylama cədvəlində isə işçilərin əvəzinə özləri qol cəkiblər:

"Burada söhbət təkcə işçi formalarından yox, həm də əlavə formalardan gedir".

Qeyd: Belə başa düşmək olar ki adını qeyd etdiyimiz RQİİ-nin hər birinin 50 nəfərdən ibarət futbol komandası var, onların adına forma alınır... ancaq bu komandalar oynamır, formalar mənimsənilir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

0.23829388618469