Kosmetoloji xidmət göstərən “Sənubər Studio”da ÖZBAŞINALIQ! – ŞİKAYƏT VAR!

15:47 14-09-2022 279

Sumqayıt şəhəri Sülh küçəsi, 30-cu məhəllədə yerləşən kosmetoloji xidmət göstərən “Sənubər Studio” ilə bağlı şikayət var.

 


Bu haqda "Sherg.az"a Azad İstehlakçılar Birliyinin ( AİB ) sədri Eyyub Hüseynov məlumat verib.

Redaksiyamıza daxil olan xəbərə görə, vətəndaş “pleksr” aparatı ilə gülərkən gözün altında yaranan qırış və burunkiçiltmə proseduru üçün salona müraciət edib.

Sözügedən prosedurun qiymətinin 250 manat olduğu bildirilib. Lakin ödədiyi məbləğ əsasında vətəndaşa qəbz təqdim edilməyib. Prosedurun faydasız olduğunu görən zərərçəkmiş ödədiyi məbləğin geri qaytarılmasını tələb edib.

Bundan başqa, şikayətçi öz şəklinin İnstaqram səhifəsində (senuber_plexr_kosmetoloq) paylaşılmasına icazə vemədiyi halda, foto sosial şəbəkəyə yerləşdirilib. Zərərçəkən iddia edir ki, "Sənubər Studio" instaqram səhifəsi insanları aldatmaq məqsədilə yalan şəkillər paylaşır.

Vətəndaş İnstaqram səhifəsində paylaşılan fotolarının silinməsini və 250 manat pulunun geri qaytarılmasını istəyir.
Qeyd edək ki, "Sənubər Studio"nun xidmət göstərməsi üçün lisenziyasının olub-olmadığı məlum deyil.

"Sherg.az"

 

XalqXeber.Az

0.22760486602783