Gəncə icra hakimiyyəti ancaq boş vədlər verir - MÜRACİƏT

15:48 14-09-2022 360

Gəncənin Əziz Nəzərov küçəsində yerləşən 6 saylı yataqxana qəzalı vəziyyətdədir.

 
Sakinlərin Belediyye.netə verdiyi məlumata görə, otaqların divarları çatlayıb, eyvanları uçma təhlükəsi ilə üz-üzədir.

Bu səbəbdən gecələr yuxuları ərşə çəkilib.

Dediklərinə görə, dəfələrlə aidiyatı qurumlara müraciət etsələr də, tədbir görən olmayıb.

Yerli İcra Hakimiyyətinin rəsmiləri ancaq boş vədlərlə kifayətlənib.

Qeyd edək ki, təxminən 40-a yaxın ailəsi, 200-dən çox sakini olan bina 1960-cı ildə tikilib.

Sözügedən bina Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Ümumilikdə qurumun tabeliyində 18 yataqxana binası var, bunlardan 13-ü tam qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfatı İdarəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı FHN-dən rəsmi rəy verilib. Ancaq İcra Hakimiyyətinin balansında pul olmadığı üçün, sakinlər biraz da gözləməlidirlər. Nə zaman vəsait ayrılsa, o zaman da bina tikiləcək.

Belediyye.net

 

XalqXeber.Az

0.22550582885742