Şəhidin adını daşıyan orta məktəbdə ACINACAQLI MƏNZƏRƏ - Valideynlər dərdlərini KİMƏ DESİNLƏR?

13:19 17-09-2022 351

Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin 5-F sinfinin valideynləri məktəb direktorunun laqeydliyindən şikayətçidir.

 


Xalqxeber.az-ın məlumatına görə, valideynlər Yeniavaz.com-a bildiriblər ki, sinif otağında partalar çatışmadığından 1 partada 3 şagird oturmağa məcbur edilir:
“Məsələ ilə bağlı, dəfələrlə məktəb direktoruna müraciət etmişik ki, sinfə əlavə partalar verilsin. Direktor isə partaların yalnız sinif təmir ediləndən sonra yerləşdirilə biləcəyini bildirdi. 

Dedik ki, ya sinfi təmir etdirin, ya da biz təmir edək. Lakin direktor bununla razılaşmadı və “Mən nə vaxt istəsəm təmir etdirərəm, onda da parta yerləşdirərəm”, - dedi. Sinfin sinif rəhbəri də yoxdur ki, bu məsələlərlə məşğul olsun. Bununla bağlı da direktora bir neçə dəfə müraciət etmişik. O isə bildirib ki, məktəbdə sinif rəhbəri olmaq üçün müəllim yoxdur. Bəs bu 40 uşağa kim nəzarət edəcək?! Biz anlamırıq ki, məktəb rəhbərliyi 3 ay ərzində niyə yeni tədris ili üçün tədbirlər görməyib”.

Qeyd edək ki, valideynlər sinfin bəzi xırda hissələrini sentyabrın 13-14-ü ərəfələrində təmir etdirdiklərini bildiriblər.


0.22072196006775