Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

10:52 19-09-2022 279

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

 


Hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Qurtuluş idarə etdiyi "Merdeses-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

0.22900414466858